Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib
20.11.2017 795 0
Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.
Təkanlar UTC vaxtı ilə bazar günü saat 22.43-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr şimal-şərqdə yerləşib, ocağı 25 kilometr dərinlikdə olub.
Dağıntılar, ölən və yaralanlar haqqında məlumatlar daxil olmayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər