Sakit okeanda 6,6 bal gücündə zəlzələ baş verib
08.12.2017 720 0.0 0

Cümə gününə keçən gecə Sakit okeanın Mikroneziya Federativ Ştatları sahillərində 6,6 maqnituda zəlzələ baş verib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların mərkəzi okeanda, Yap adasının 7 min nəfərə yaxın sakini olan Kolonia şəhərindən 236 km şimal-şərqdə qeydə alınıb. Zəlzəələ 45 metr dərinlikdə olub.

Dağıntı və tələfat haqqında məlumat yoxdur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar