Şahzadə Azərbaycanda mülk alır (FOTO)
14.11.2015 1262 0.0 0

"Ərəb şahzadələri və onların avtomobilləri dünən də kəndimizdə idi. Onlar burada bir ev də alıblar. Kəndə gəldikləri zaman həmin evdə qalırlar. Lakin hazırda evin sahibi ilə ərəblər arasında heç bir rəsmi sənəd imzalanmayıb. Onlar sadəcə şifahi razılıq əsasında həmin evdə məskunlaşıblar". 

Bunu  ərəb şahzadələrinin tez-tez qonaq olduğu və ov etdikləri Hacıqabul rayon Qarasu kəndinin sakini deyib. Onun sözlərinə görə, şeyxlər və onların köməkçiləri Hacıqabula Azərbaycan dövlət nömrə nişanlı və polis tərəfindən mühafizə edilən avtomobillərlə gəlirlər:

"Lakin onların ova çıxdıqları avtomobillər xüsusidir və daha çox iri həcmli maşınlara üstünlük verirlər. Ov zamanı da özləri ilə xüsusi ov quşları-şahinlər gətirirlər və həmin quşları havaya qaldırırlar və ovlamaq istədikləri quşları həmin şahinlər tutur. Onlar bura gəldikləri zaman bizim kənd sakinləri də onların yeməyini bişirir, avtomobillərini yuyurlar"- deyə sakin bildirdi.

Sakinlərin adını bilmədiyi, ancaq dünənə qədər kəndlərində istirahət etdiyini dedikləri Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Məhəmməd bin Rəşid Qadir öz İnstagram səhifəsində ov barədə fotolarını da paylaşıb.

 


Şeyxin paylaşdığı fotolar


Azərbaycandan ötən gün ayrılan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadir noyabr ayının 5-də də həmin kəndə səfərə gəliblər.

Bundan əvvəl isə ərəb qonaqlar Saatlı şəhərinə səfər etmişdilər. Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələmişdilər. Kirayə müqabilində də 4-5 ay üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəmişdilər.

Ərəblər ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli rayonlarının ərazisində, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu.

Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.

 


Ərəblərin səfər etdiyi Hacıqabul rayonu (qırmızı xətlə işarələnib)./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar