Şahmatçımız beynəlxalq turnirdə ikinci yeri tutub
15.02.2022 386 0
Serbiyanın Novi Sad şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli ikinci yeri tutub.
Qazeta.info Gənclər və İdman Nazirliyinin məlumatına əsasən xəbər veririr ki, şahmatçımız 9 turdan 5,5 xal toplayıb. Onunla eyni xalı yığan Ukrayna şahmatçısı Alexander Kovçan əlavə əmsallara görə birinci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən yarışda 7-si qrosmeyster olmaqla, 16 şahmatçı iştirak edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər