Şahmat üzrə dünya kuboku davam edir (VİDEO)
23.09.2015 870 0.0 0

Bakıda keçirilən Şahmat üzrə dünya kuboku davam edir, artıq turnirin 8 ən güclü şahmatçısının adi da məlumdur.

ANS TV-nin məlumatına görə, 45 ölkədən ümumilikdə 128 şahmatçının mübarizəsində artıq 8 zəka sahibi dünya kuboku uğrunda çıxışını davam etdirir.

Bu siyahada qrossmeysterimiz Şəhriyar Məmmədyarovun da adı var. Ölkəmz turnirdə 6 şahmatçı ilə təmsil olunsa da, Eltac Səfərli, Vasif Durarbəyli I, Rauf Məmmədov II, Qədir Hüseynovla, Teymur Rəcəbov isə III mərhələdə mübarizəni dayandırmalı oldular. 

Yalnız şah ləqəbli Şəhriyar ⅛ final mərhələsində təcrübəli rəqibi Fabiano Karuananin şahını məğlub edə bildi və bununla da dünya kubokunun ¼ final mərhələsinə adlayan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşdü:

“Birinci oyunda riskə getdim və sonda bəhrəsini gördüm. Hər şey ola bilərdi. Oyun zamanı kiçik problemlər vardı. Amma oyunu heç-heçə ilə yekunlaşdıraraq qələbə qazandım. Çox çətin bir oyun ketdi. Rəqibim inanılmaz dərəcəd güclü idi. Ümid edirəm ki, yaxşı mübarizə apararaq yarım finala çıxa biləcəm”.

Adətən tələskənliyi ilə seçilən Şəhriyarın Karuana ilə duellərdə seçdiyi ağıllı taktika və düzgün müdafiə üsulu təmsilçimizin qələbəsini səciyyələndirən əsas amillərdəndi.

Şahmat üzrə dunya kubokunun hakimlərindən olan Namiq İsmayılovun təbirincə desək Karuana ilə son duelində Şəhriyarın beyni kompüter kimi işləyib.

Şahmat üzrə dünya kubokunun sahibinin adına isə gələn ay daha dəqiq oktyabrın 5-də aydınlıq gətiriləcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar