Sahibkarlıq subyektlərinə mənşə sertifikatı 2 saat ərzində veriləcək
08.02.2016 393 0.0 0

 İqtisadiyyat Nazirliyinin kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.
 
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, bu məqsədlə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza aktı müraciət daxil olduğu vaxtdan 2 saat ərzində veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar