Şagirdlərimiz Çin Xalq Respublikasında-Foto
14.05.2015 1179 0.0 0

Təhsil Nazirliyinin təşkilatçılığı ilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində fərqlənən təhsil müəssisələrinin nümayəndələri Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar bölgəsinin Karamay şəhərində keçirilən elm və texnologiya festivalında iştirak ediblər.

Təhsil Nazirliyinin Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Gülşən Dadaşova, akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Aygün Əzizova, Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə və Azərbaycanın bir sıra təhsil müəssisələrinin şagirdlərindən ibarət nümayəndə heyəti festivalda 4 innovativ layihənin təqdimatını keçiriblər. Bu layihələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təmsilçilərimiz beynəlxalq dərəcəli sertifikatlarla təltif olunub.
Qazeta.info 
Təhsil Nazirliyinə istinadla bildirir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mədəniyyət və təhsil qurumlarını da ziyarət edib, çinli gənclərlə texnologiya sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar