Azərbaycanın sabiq prezidentinin pensiyası Misirin sabiq prezidentinin pensiyasından 12, Ermənistanın sabiq prezidentinin pensiyasından isə 2,5 dəfə çoxdur.
Məlumata görə, bu barədə Rusiyanın "Komsomolski pravda" qazetinin məqaləsində bildirilir.
Bu günlərdə Ukraynanın ilk prezidenti Leonid Kravçuk pensiyası barədə jurnalistlərə şikayət edib: "Çox kiçik pensiya alıram". Kravçuk məbləği də açıqlayıb - 14 min qrivna (təxminən 520 dollar).
"Ukraynaya ayıb olmalıdır. Milyon prezident yoxdur ki, onların hər birinə xüsusi pensiya ödəmək lazım olsun. Dörd prezident, dörd insan var. Mən bu haqda Kuçmaya, Yuşenkoya, Yanukoviçə, Poroşenkoya dedim, amma hələ də heç nə yoxdur. “Şuşkeviç pensiyasız yaşayır? Yaşayır. Mən də yaşayacağam”, - deyə Leonid Kravçuk ölkə rəhbərliyini utandırıb.
Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Viktor Yuşşenko və Leonid Kuçma
Keçmiş Ukrayna liderinin bəyanatlarından sonra nəşrlər sabiq prezidentlərin nə qədər pensiya aldığını aydınlaşdırmağa qərar verib. Ukraynanın digər pensioner-prezidenti Viktor Yuşenko da təxminən Leonid Kuçma qədər pensiya alır.
Amma Viktor Yanukoviç özünə daha çox pensiya "yazıb" - 16 min 947 qrivna (təxminən 630 dollar). Bir nüans var: yanvarda məhkəmə Yanukoviçin pensiya hesablarına həbs qoyub. Yəni qaçmış prezident hələ pensiya almır.
Fransanın keçmiş prezidenti Nikolya Sarkoziyə aylıq 6 min avro məvacib təyin edilib. Pensiyadan Sarkozi şikayət etməsə də onun dostları bu məbləğin keçmiş dövlət başçısına azlıq etdiyini qeyd edib.
"Sarkozi digər keçmiş dövlət başçıları kimi mühazirə oxuyaraq əlavə qazanc əldə edə bilər", - deyə Fransanın Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Klod Qean bildirib.
Nikolya Sarkozi - Fransanın sabiq prezidenti
Öz növbəsində “Le Canard Enchaine” nəşri “Morgan Stanley” investbankının təşkil etdiyi bir mühazirə üçün Sarkozinin 250 min avro aldığını bildirib.
Estoniyanın sabiq prezidenti Arnold Ryuytelyanın pensiyası 3700 avro təşkil edir. Hər ay 1800 avro Latviyanın keçmiş prezidenti pensiya alır. Polşanın keçmiş rəhbəri Aleksandr Kvasnevskiy 1400 dollar pensiya alır.
SSRİ prezidenti Mixail Qorbaçov 267 min rubl (3 min dollardan çox) pensiya alır. Eyni pensiyanı Rusiya prezidenti Boris Yelçinin həyat yoldaşı Naina alır. Gürcüstanın keçmiş prezidenti Eduard Şevernadze 410 dollar pensiya alır. Bundan on dəfə çox Azərbaycanın sabiq prezidenti Ayaz Mutalibov alır - 4800 dollar.
Ermənistanın iki sabiq prezidentinin pensiyası – Levon Ter-Petrosyan və Robert Koçaryan - təxminən 1900 dollar təşkil edir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısının postundan getsə, 700 dollar pensiyaya ümid edə bilər.
Belarusun daimi başçısı Aleksandr Lukaşenko əgər pensiyaya getsə, min dollar ala bilər. Özbəkistan prezidenti İslam Kərimov da həmin məbləğə ümid edə bilər.
ABŞ-ın sabiq prezidentləri üçün dövlət büdcəsindən ildə 1 milyon dollar ayırılır. Eyni pensiyanı Mozambikin keçmiş prezidenti Joakim Çissano alır. Nəşr qeyd edir ki, bu pensiyanı o dövlətdən deyil, Britaniya-Sudan biznesmenindən (Mo İbrahim mükafatı) alır. Zambiyanın keçmiş rəhbəri ən aşağı 208 dollar, Misirin sabiq prezidenti Hüsni Mübarək isə 339 dollar pensiya alır./anspress/