Sabiq prezidentin oğlu azadlıqdan məhrum edildi
08.05.2016 873 0.0 0


Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev 30 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, Maksim Bakiyev maliyyə cinayətlərinin törədilməsində günahkar bilinir.

Bundan başqa, Maksim Bakiyev cərimə ödəyəcək və onun əmlakı müsadirə ediləcək. Eks-prezidentin 39 yaşlı oğlu cinayətkar üsullarla qazanılmış pulların yuyulmasında, dələduzluqda və digər bu kimi cinayət əməllərində iştirakına görə ittiham olunurdu.

2010-cu ilin aprel ayında devrilmiş prezidentin ailəsi beynəlxalq axtarışdadır. Kurmanbek Bakiyevin özü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, kütləvi qırğınlar törətməkdə və digər ağır cinayətlərdə ittiham edilir. Kurmanbek Bakiyev hazırda Belorusdan sığınacaq alıb orada yaşayır.

 

Kurmanbek Bakiyev

Maksim Bakiyev 2013-cü ildə Londonda saxlanılıb. Daha sonra girov müqabilində azadlığa buraxılıb. Maksim Bakiyev onun haqqında ABŞ-da açılmış maliyyə cinayətləri ittihamı ilə saxlanıb.

Onu Qırğızıstan hökuməti də dövlət büdcəsini talamaqda ittiham edir. Maksim 2010-cu ildə hakimiyyətdən devrilən atası Kurmanbek Bakiyevlə birlikdə ölkəni tərk edib.

Qırğızıstan tərəfi İnterpola müraciət edərək onun Bişkekə verilməsini istəmişdi, amma Britaniya ilə bu ölkə arasında məhbusların ekstradisiyası haqqında qanun yox idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar