Sabiq nazirə yeni vəzifə verildi
05.02.2016 671 0.0 0

Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib.

Qazeta.info AzVision.az istinadla xəbər verir ki, sabiq nazir Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsinə təyin olunub. 

Eks-nazir bunu saytımıza açıqlamasında təsdiq edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət İqtisad Universiteti müəllimləri üçün qış məktəbinə start verilib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov birlikdə universitetin kafedra müdiri kimi Əvəz Ələkbərov da iştirak edib.

Qeyd edək ki, Əvəz Ələkbərov 1999-cu ildən 2006-cı ilin aprelinə qədər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsində çalışıb. 2000-ci ildən 2013-cü ilin iyununa qədər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvüdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar