Sabiq milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - VİDEO
22.06.2017 1029 0
Sabiq milyonçu 20 ildən çoxdur ki, Avstraliyada kimsəsiz bir adada yaşayır.
Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, Devid Qlaşenin sərvəti əvvəllər 30 milyon dollar qiymətləndirilirdi.
O, hazırda pulun lazım olmadığı illəri həyatının ən xoşbəxt dövrü hesab edir. Sabiq milyonçu adaya 1987-ci ildə, birjada pulunu itirəndən sonra köçüb.
“Sən burada dinc yaşayırsan və təbiətdən həzz alırsan”, - Devid deyib.
O, etiraf edib ki, adaya köçənə qədər pula qapanmışdı və onun ailəsi dağılma həddində idi. Devid indi kiçik evcikdə öz iti – Polli ilə birlikdə yaşayır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər