Tatarıstanın kikboks üzrə sabiq dünya çempionu Musa Musalayev öldürülüb. Apasport.az saytı “Augsburger Allgemeine” qəzetinə istinadən xəbər verir ki, o, Almaniyanın Noy-Ulm şəhərində qətlə yetirilib.
37 yaşlı keçmiş idmançı naməlum şəxs tərəfindən güllələnib. Musalayevi öldürən şəxs dərhal avtomobillə hadisə yerindən uzaqlaşıb.
Polis cinayətkarın axtarışına başlayıb. Onlara bu qətlin 7 ay əvvəl baş vermiş cinayət hadisəsi ilə əlaqəsinin olub-olmadığı maraqlıdı. Həmin vaxt qonşu şəhər Baden-Vürtemberqdə kikboks üzrə daha bir dünya çempionu güllələnmişdi.
Şayiələrə görə, qətlə yetirilmiş Musalayev rus mafiyası ilə əlaqədə olub. Polis isə bununla bağlı məlumat verməyib.
Qeyd edək ki, “Tatarıstanın şahzadəsi” ləqəbli Musa Musalayev kikboksun müxtəlif versiyaları üzrə dünya çempionu adını qazanıb. 2013-cü ildə idmançı karyerasını bitirdikdən sonra isə ailəsi ilə birlikdə Almaniyaya köçüb.