Şabalıdın qabıqlarını atmayın!
08.02.2016 1485 0
Əksər hallarda evdə şabalıd bişirdikdə biz onun suyunu atırıq.
Lakin bu sudan çox faydalı təbii dərman hazırlamaq olar.
Şabalıd damarları möhkəmləndirən vasitə kimi tanınır. Yabanı şabalıd daha güclü venotonik sayılır. Lakin yeməli şabalıdın da bu xüsusiyyətləri var.
Belə ki, şabalıd bişən suyu yaxşı süzün, soyudun. 1 stakan suya 2 xörək qaşığı alma sirkəsi əlavə edin. Bu təbii dərman varikoz xəstəliyi zamanı çox yaxşı kömək edir. Qarışıqda pambıq tampon isladın və ayaqlarınıza çəkib gözləyin ki, qurusun. Sonra ayaqlarınızı hündür yastığın üzərinə qoyub bir qədər uzanın (ayaqlar bədəndən yuxarıda olmalıdır).
Bu müalicəni 1 ay ərzində davam edə bilərsiniz. Şabalıdın suyunu şüşə qaba tökün və sərin yerdə saxlayın./saglamolun.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər