Sabahın hava məlumatı-bəzi yerlərə qar yağacaq
28.03.2015 719 0
Martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimal-şərq küləyi əsəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.
Gecə 6-8, gündüz 9 11 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8 dərəcə isti olacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər