Sabah Rusiyada matəm günüdür
25.12.2016 1175 0.0 0

Rusiya Müdafiə Nazirliyinin “Tu-154” tipli təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın ölməsi ilə əlaqədar sabah matəm elan edilib.
 
APA-nın “RİA Novosti| agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
 
V. Putin deyib ki, sabah Rusiyada ümummilli matəm günü elan edilib. 
 
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar