Abşeron, Qazax və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Qazeta.info SOCAR-a istinadla bildirir ki, dekabrın 16-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “28 may”, “Zirə-3” və “Şimal DRES”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Bağmanlar”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göy-gölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.