Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Qazeta.info SOCAR-a istinadla xəbər verir ki, sentyabrın 16-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Pirallahı-Qala” magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, eləcə də Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, “Xızı”, “Giləzi” və “Şirvanovka”, Qazax magistral qaz kəmərləri sahəsinin “Avrora” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində İsmayılı rayonunun Qubaxəlilli, Gəraybəyli, Xəlilli və Küllülü, Lənkəran rayonunun Gərmətük, Şilim, Kənarmeşə, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalığçar, Siyavar, Viyən, Şiyəkəran, Aşağı Nüvədi, Kosalar, eləcə də Qusar rayonunun Şirvanovka kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xəzər rayonunun Zirə kəndinin, Pirallahı rayonunun və Xızı rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.