Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Qazeta.info SOCAR-a istinadla xəbər verir ki, sentyabrın 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və Bolqarıstan sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.