Yasamal və Xətai rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.
Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəlikmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi ilə əlaqədar 09 iyun 2017-ci il tarixdə saat 09-00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaqdır.
Qazeta.info “Azəriqaz” İB-nin məlumatına əsasən bildirir ki, görulən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.