“Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
Qazeta.info "Azəriqaz" İB-nin mətbuat xidmətinə istinadla bildirir ki, fevralın 28-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara Magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.