“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədi ilə, diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 8-də saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. /APA/