Sabah Bakının bəzi ərazilərində işıqlar bir saatlıq söndürüləcək. Məlumata görə, buna səbəb ölkəmizin 2011-ci ildən "Yer saatı" kampaniyasına qoşulmasıdır.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “Green Baku” Ekoloji Gənclər Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilati dəstəyi ilə keçirilən beynəlxalq kampaniya çərçivəsində paytaxtda bir sıra obyeklər saat 20:30-21:30 arası qaranlığa qərq olacaq. Obyektlərin fasad və həyati zərurəti olmayan işıqları söndürüləcək. Səbail rayonunun icra nümayəndəsinin verdiyi məlumata görə, bu siyahıya inzibati binlar ilə yanaşı, Qız qalası, fontalar, Hökumət Evi, AMEA, məşhur otellər və sairə var.
Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyasına qoşulub. İlk dəfə məhz həmin il Bakıda belə bir aksiya keçirilib və Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb.
"Yer saatı" - ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir hər ilin mart ayında keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən "The Sydney Morning Herald" qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. 2009-cu ildən isə, bu, geniş hərəkata çevrilib. WWF-nin məlumatına görə, hər il 1 milyard əhali aksiyaya qoşulur.
Yer saatı çərçivəsində İtaliyadakı Kolizeydə işıqlar keçirilib (2008-ci il)
Bu il Rusiyanın 80-dən çox şəhəri də həmin aksiyaya qoşulacaq. Bu şəhərlər aksiyanı özünəməxsus qeyd edəcəklər. Belə ki, Blaqaveşensk aksiyanı alov şousu keçirməklə, Saratov Qaqarinin abidəsinin önünə şam gətirməklə, Ryazan isə quşlara yem verməklə keçirəcək.
Hər il Dünya vəhşi təbiət fondu aksiyalarını müxtəlif mövzulara həsr edir. Bu ilki mövzu insanın ətraf mühitə mənfi təsirinin azaldılması mövzusuna həsr olunub./anspress/