Hacıqabul, Siyəzən, Ağdaş və Astara Magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq
Qazeta.info SOCAR-ın məlumatına əsasən xəbər verir ki, avqustun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, “Şamaxı”, “Ələt” və ''Qobustan'', Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xaçmaz” və “Xudat”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy”, Astara Magistral qaz kəmərləri sahəsinin ''Günəşli'', “Göytəpə” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Cəlilabad rayonunun Günəşli, Alar, Qarazəncir, Göytəpə, Lənkəran rayonun Liman, Boladil, Separadi, Şağlaser kəndlərinin, həmçinin Ələt və Qobustan qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.