Sabah amnistiya aktının icrasına başlanılacaq
14.06.2016 948 0.0 0

Sabah Azərbaycanda növbəti amnistiya aktının icrasına başlanılacaq. 
Məlumata görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Masallıda yeni məhkəmə binasının təməlqoyma mərasimində deyib.
Nazir bildirib ki, amnistiya aktı ümumilikdə 10 min nəfərə şamil ediləcək və 3500 nəfər azadlığa buraxılacaq: "Azərbaycanda ədliyyə sistemində aparılan islahatlar ölkəmizdəki sabitliyin və inkişafın təzahürüdür. Azərbaycanda sabah növbəti amnistiya haqqında sərəncamın icrası həyata keçiriləcək".
F.Məmmədov vurğulayıb ki, müasir memarlıq üslubu ilə tikiləcək və milli kolariti özündə birləşdirəcək bina iki mərtəbə və zirzəmidən ibarət olacaq: "Ədliyyə Nazirliyinin "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirilməsi əsasında Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ümumi sahəsi 3700 kvadratemetr olmaqla, binada 4 məhkəmə zalı olacaq. Bunlardan ikisində cinayət işləri, digər ikisində isə mülki işlərə baxılacaq. Binada 60 nəfər işçi çalışacaq ki, onların keyfiyyətli xidmət aparmalarıı üçün hər bir şərait yaradılacaq".
Nazir qeyd edib ki, yeni məhkəmə binasının müasir informasiya, kommunikasiya qurğuları ilə təmin olunması təşkil ediləcək: "Bu da gələcəkdə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə şərait yaradacaq. Nazirliyin Dünya Bankı ilə 10 il müddətində əməkdaşlığı nəticəsində ölkədə 11 məhkəmə binası tikilərək istifadəyə verilib, daha 10 məhkəmə binasında tikinti işləri davam etdirilir"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar