Saakaşvilinin zirehli avtomobili Kiyevdə oğurlandı
08.07.2016 719 0.0 0

 

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin "Toyota Land Cruiser" markalı zirehli avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb.
 
Qazeta.info bildirir ki, APA TV-nin Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukraynanın sabiq ədliyyə naziri Yelena Lukaş özünün "facebook" səhifəsində məlumat yayıb.
 
"Strana.ua" saytı isə Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb ki, avtomobilin dəyəri təxminən 240 min dollardır. Onun "Quqa" ləqəbli kriminal avtoritet Serqo Qlontinin adamları tərəfindən qaçırıldığı güman edilir. Qeyd olunur ki, avtomobil sahibinə Macarıstan vətəndaşlığı almaq üçün dələduzluq etməkdə təqsirləndirilən və Ukraynada saxlanılan "Quqa"nın Buxarestə ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq. Bu gün Kiyev Apellyasiya Məhkəməsində Serqo Qlontinin şikayətinə baxılacaq.
 
Sosial şəbəkədə aktivliyi ilə seçilən Mixail Saakaşvili hələlik yaılan xəbərlə bağlı heç bir açıqlama verməyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar