Mixail Saakaşvilinin müavini əllərində gül-çiçəklə Odessa şəhər sovetinin zalından çıxarılıb. Məlumata görə, müavin Saşa Barovik yerli hakimiyyəti tənqid edərək bildirib ki, "Odessa onun indiyədək yaşadığı ən pis şəhərdir".
"Duma"nın yaydığı məlumata görə , bu gün şəhər şurasının deputatı seçilən Barovik dediyi sözlərə görə, zaldan uzaqlaşdırılıb. "112 Ukrayna" telekanalının efirində hadisəni şərh edən Borovik bunu təxribat adlandırıb. "Baş verənlər mənə maraqlı deyil. Bu, bir təxribatdır. Bilsəydim belə olacaq, oraya getməzdim. Amma eyni zamanda sevinirəm ki, bu baş verdi. Çünki cəmiyyət bunları eşitməli və danışmalı idi", - deyə müavin əlavə edib.
Saşa Barovik - Saakaşvilinin müavini
Ali Radanın zalında analoji hal Ukraynanın baş naziri Arseni Yatsenyukun da başına gəlib. Belə ki, iclas zamanı partiyaların nümayəndələri arasında yaranmış mübahisə əlbəyaxa davaya keçib. Qarşıdurma baş nazirin fraksiya üzvlərindən ibarət "Xalq Cəbhəsi" partiyası ilə "Pyotr Poroşenko Bloku" arasında olub.
Parlament iclasında baş nazir Arseni Yatsenyukun çıxışı zamanı deputatlar arasında anlaşılmazlıq yaşanıb.
İki partiya arasında toqquşmaya səbəb baş nazirin sözləri olub. Belə ki, nazir hökumətin koalisiyanın yaradılması nəticəsində formalaşdırıldığını qeyd edib. Buna görə də, blok öz nazirlərinin çıxışlarına görə, xüsusilə energetika və kömür sənayesi naziri Vladimir Demçişinın çıxışına görə məsuliyyət daşıyır. Bu davanın ilk qığılcımı olub. Bu sözlərdən xoşu gəlməyən deputatlardan biri əlində bir dəstə gül ilə tribunaya yaxınlaşıb. Onu vurub və baş naziri qucağına alaraq tribunadan uzaqlaşdırmağa çalışıb. Buna etiraz edən digər deputatlar isə ona mane olmağa çalışıblar. Nəticədə dava başlayıb. /anspress/