Saakaşvili Ukrayna Baş Prokurorluğunda dindiriləcək
13.12.2017 1013 0
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.
Məlumata görə, sorğu-sual dekabrın 18-nə təyin olunub.
"Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", — deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.
Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər