Saakaşvili Ukrayna alternativ hökumətini elan edəcəyini açıqlayıb
04.02.2018 805 0
Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.
Qazeta.info-nun APA-ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.
M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər