Saakaşvili Odessanın qubernatoru vəzifəsindən istefa verib
07.11.2016 1000 0
Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bildirək ki, o, bunu “Facebook”da canlı mətbuat konfransı zamanı bəyan edib.
Saakaşvili prezident Poroşenkonu Odessada iki klanı dəstəkləməkdə ittiham edib.
“Odessa vilayətini Ukraynanın düşmənlərinə təslim edirlər. Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizənin yeni mərhələsinə başlamaq niyyətindəyəm. Elektron bəyannamələr son damla oldu. Bu qudurğan simalar utanmadan bəyan edirlər ki, həm nağd şəkildə milyardları var, həm də dövlət sosial yardım alırlar”, - deyə o vurğulayıb.
Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər