Saakaşvili Kliçkonun partiyasına rəhbərlikdən imtina edib
07.06.2019 591 0
Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Kiyev meri Vitali Kliçkonun "Zərbə" partiyası ilə birgə seçkilərə getməkdən imtina edib.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə vəziyyətlə yaxından tanış olan mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri yazıb.
Kliçko iyunun 4-də Saakaşviliyə qarşıda duran növbədənkənar seçkilərdə onun siyasi qüvvəsinə rəhbərlik etməyi təklif edib.
Mixail Saakaşvili Ukraynaya mayın 29-da gəlib. Ondan bir gün əvvəl Zelenski ona Ukrayna vətəndaşlığının qaytarılması barədə göstəriş verib. Siyasətçi Ukrayna vətəndaşlığından 2017-ci ildə sabiq prezident Pyotr Poroşenko vaxtında məhrum edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər