Saakaşvili həbslərə başladı
03.06.2015 1003 0
Ukraynanın Odessa vilayətinin hərbi komissarı rüşvət alan zaman saxlanılıb.
Məlumata görə, bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios xəbər verib.
"Cənub regionunun hərbi prokurorluğunun müstəntiqləri tərəfindən növbəti rüşvət alınması vaxtı Odessa ərazisinin hərbi komissarı saxlanılıb", deyə prokuror bildirib.
Hərbi komissarın aldığı rüşvətinin həcmi açıqlanmayıb. Ukrayna hərbi prokuroru əlavə edib ki, rüşvər və korrupsiya ilə bağlı araşdırmalar davam etdirilir
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun əmri ilə Odessa vilayətinin qubernatoru Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili təyin edilib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər