Saakaşvili Gürcüstana və Ukraynaya qayıdacağını vəd edib
14.02.2018 821 0
Ukraynadan Polşaya deportasiya edilən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.
Məlumata görə, bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.
“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.
Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər