Saakaşvili: `Poroşenko məndən ehtiyat edir`- VİDEO
02.08.2017 725 0
"Mən Ukrayna vətəndaşıyam və mütləq ora qayıdacağam".
Rusiya mətbuatına istinadən verilən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bu bəyanatla çıxış edib. O, həmçinin ABŞ-ın müdafiəsinə ehtiyacı olmadığını deyib.
Bununla belə sabiq qubernator Ukraynaya qayıdacağı konkret vaxtı açıqlamayıb.
M. Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya mesaj göndərib: "Baş verənlər Poroşenkonun ehtiyat etdiyi güclü oyunçunun siyasi arenadan kənarlaşdırılmasından başqa bir şey deyil".
Qeyd edək ki, M. Saakaşvili prezident P. Poroşenko tərəfindən iyulun 26-da sənədlərindəki uyğunsuzluq səbəbindən vətəndaşlıqdan məhrum edilib. Bundan sonra o, hakimiyyəti Avropa Məhkəməsi ilə hədələyib./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər