Səudiyyə Ərəbistanının kralının sarayına hücum edilib: 3 ölü
07.10.2017 1058 0.0 0

Naməlum şəxslər Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdeləziz əl-Səudun Ciddədəki sarayına hücum edib.

“Aljazeera”ya istinadən xəbər verilir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.

Sarayın mühafizəçiləri hücumu dəf edib.

Məlumata görə, səfirlik ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib.

Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanlı kralı oktyabrın 5-də Rusiyaya səfər edib. Onun oktyabrın 7-də ölkəsinə dönəcəyi bildirilir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar