Səudiyyə Ərəbistanını çalxalayan həbslər kimin "başının altından çıxıb"?
07.11.2017 888 0
Səudiyyə Ərəbistanında korrupsiya cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılan sabiq məmur və sahibkarlar ətraflı dindirilib, onların korrupsiya sxemləri ilə əlaqəsini təsdiqləyən bir çox dəlillər toplanılıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib bildirib.
Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Xalid əl-Mheysan həbslərlə nəticələnən ilkin istintaqın üç il davam etdiyini bildirib.
Şahzadə Məhəmməd bin Salmanın dünyaya səs salan bu əməliyyatları reallaşdırmazdan əvvəl ABŞ-dan razılıq aldığı və ABŞ hökumətinin bütün bu həbs dalğasının arxasında olduğu da iddia edilir. APA TV-nin verdiyi məlumata görə, "Haberler.com" bu barədə "Washington Post"a istinadən xəbər yayıb. Bildirilir ki, ötən həftə prezident D.Trampın müşaviri və kürəkəni Cared Kuşnerin Ər-Riyada səfəri də təsadüfə olmayıb. Səfər müddətində C.Kuşner şəxsən Məhəmməd bin Salmanla görüşərək bir neçə saat təkbətək söhbət edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər