Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinənlər saxlanılıb
27.12.2016 727 0
Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə terror aktı törətməkdə şübhəli bilinən 11 nəfəri saxlayıb.
Məlumata görə, bu barədə ölkənin Daxili işlər nazirliyi açıqlama yayıb.
Məlumata görə, həbslər son bir neçə gün ərzində Ər-Riyad vilayətində həyata keçirilib.
Saxlanılanların 6-sı Səudiyyə Ərəbistanı, 3-ü Pakistan, 2-si isə Sudan vətəndaşıdır. Hansı terror hadisələri nəzərdə tutulduğu barədə məlumat verilmir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər