Səudiyyə Ərəbistanında dəvələr çiplənəcək
02.03.2018 833 0.0 0

Səudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib.

 

 

Məlumata görə, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.

 

Qeyd olunur ki, hazırda ölkədə 1,4 milyon dəvə saxlanılır.

Bu addım ərzaq təhlükəsizliyinin təmin olunması üçün tətbiq olunur. Bundan başqa, çipləmə xəstəliklərin yayılmasının qarşısını ala bilər.

Xatırladaq ki, bir neçə il əvvəl Səudiyyə Ərəbistanında ev heyvanları arasında koronavirus qeydə alınmışdı./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar