Səudiyyə Ərəbistanında 20 ölkənin birgə hərbi manevri başlayır
15.02.2016 492 0
Səudiyyə Ərəbistanına “Ra'du'ş Şimal” (Şimalın göy gurultusu) adlı hərbi manevrlərdə iştirak edəcək 20 ərəb və İslam ölkəsinin hərbi birlikləri toplaşır.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadən verilən məlumata görə, bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri” adlandırılıb.
Manevrlərin keçirilməsinə səbəb kimi Səudiyyə Ərəbistanı və digər ölkələrin bölgədə sülh və sabitliyi qorumaq, ortaya çıxan problemləri birgə həll etmək mesajı vermələri göstərilib.
Hərbi manevrlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor, Cibuti, Umman Sultanlığı, Qətər, Misir, Mavritaniya, Mauritius və digərləri qoşulacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər