Səudiyyə Ərəbistanı uran hasil etməyi planlaşdırır.
İsrail KİV-inə istinadən xəbər verilir ki, bunu Səudiyyə Ərəbistanı Atom Enerjisi Agentliyinin başçısı Haşim bin Abdulla Yamani bildirib.
Onun sözlərinə görə, bu addım energetika sahəsində özünütəminə nail olmaq üçün atılıb.
Varis şahzadə Məhəmməd bin Salmanın “Səudiyyə Ərəbistanı-2030” planında krallığın sənayenin şaxələndirilməsi məqsədilə atom enerjisinin inkişafı nəzərdə tutulub.
2018-ci ildə Səudiyyə Ərəbistanında iki atom reaktorunun tikilməsi haqqında müqavilə imzalanıb. Tərəfkeş dövlətlər arasında ABŞ, Rusiya, Cənubi Koreya, Çin, Fransa və Yaponiyanın adı var.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərindən sonra atom enerjisini inkişaf etdirəcəyi planını bəyan edən ikinci körfəz dövlətidir. /Report/