Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb
05.01.2018 751 0.0 0

Yəməndən husi qiyamçıları Səudiyyə Ərəbistanının Nacran rayonunda yerləşən hərbi hissəsinə kiçik mənzilli ballistik raket atıb.

"RİA Novosti”yə istinadən xəbər verilir ki, məlumatı qiyamçılar yayıblar.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəklədiyi Yəmən prezidenti Abd Rabbu Mansur Hadiyə bağlı ordunun isə ölkənin qərbindən yerləşən Xdeyda əyalətinin Xuxa şəhərindəki husi qiyamçılarının mövqeyinə ballistik raket buraxdıqları barədə də məlumat yayılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar