Diplomatik əlaqəsi olmayan Səudiyə Ərəbistanı və İsrailin 2014 – cü ildən bəri 5 dəfə gizlicə görüşdüyü və 7 pilləli bir plan hazırladığı ortaya çıxıb.
Məlumata görə, bu pillələrdən biri də Türkiyə sərhədində müstəqil kürd dövlətinin qurulmasıdır. Siyasi analitiklər 2 ölkənin yeni bir Osmanlı dövlətinin qurulmasından və bölgədəki ən fəal güc olmasından narahat olduğunu qeyd edirlər.
Aralarında diplomatik əlaqələr olmayan Səudiyyə Ərəsbistanı və İsrailin İran təhlükəsinə qarşı birlikdə hərəkət etmək üçün gizli görüşdüyü qısa müddət öncə üzə çıxmışdı.
Səudiyyə Ərəbistanı və İsrailin xarici siyasətini yönəldən şəxslərdən ikisi bu ayın əvvəlində ABŞ –ın paytaxtı Vaşinqtonda bir araya gəlib. İsrailin xarici işlər rəhbəri olması gözlənilən Dore Gold ilə Səudiyyə Ərəsbistanının hökümət məsləhətçisi Ənvər Eşkinin görüşməsindən sonra 2 ölkənin 2014-cü ildən bəri 5 dəfə gizlicə görüşdüyü təsdiqini tapmışdı.
Müxtəlif vaxtlarda Hindistan, İtalya və Çexiyada bir araya gəldikləri bildirilən 2 ölkənin 7 mərtəbəli planının ana xətləri bu günortaya çıxıb. Addımların : İsrail və ərəblər arasında bir sülh planının hazırlanması, Tehranda rejim dəyişikliyi, ortaq bir ərəb ordusunun qurulması və Türkiyə sərhəddində müstəqil bir Kürd dövlətinin qurulmasını özündə əks etdiyi bildirilib.
Vaşinqtondakı toplantıda Ənvər Eşki maraqlı açıqlamalar edib. “Sülh şəraitində çalışaraq bölgədə Türkiyənin, İranın, İraqın məqsədlərini əngəlləmək üçün Böyük Kürdüstanın qurulmasını təmin etməliyik” deyən Ənvər Eşki bu yeni dövlətin 3 ölkənin torpaqlarında qurulacağına diqqət çəkib.
Dore Gold da görüşü belə şərh edib: “Bu yığıncaqda görüşməyimiz aramızdakı problemləri həll etdiyimiz mənasına gəlməz. Lakin qarşımızdakı müddətdə illərdir davam edən bu problemlərin öhdəsindən gələ biləcəyimizi ümid edirik”./anspress/