Səudiyyə Ərəbistanı son 10 ildə ilk dəfə olaraq xarici borc almaq niyyətindədir. Məlumata görə, neftin qiymətinin düşməsi səbəbindən iqtisadi çətinlik yaşayan Səudiyyə krallığı 6-8 milyard dollar arasında kredit almağı planlaşdırır.
5 illik kredit ehtiyacı olan Səudiyyə Ərəbistanının ən yaxşı təklif verəcək kreditorla razılığa gəlməyə yaxın olduğu bildirilir.
Neftin qiymətinin kəskin şəkildə düşməsi Səudiyyə Ərəbistanı iqtisadiyyatının 100 milyard dollar zərər etməsi ilə nəticələnib.
“Moody's” beynəlxalq reytinq agentliyi neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələri araşdırıb. Sözügedən ölkələr arasında Rusiya və Səudiyyə Ərəbistanı da var.
Reytinqi düşmüş ölkələr
“Moody's” qlobal bazarlardakı qiymət düşmələrinin təsirindən büdcələri sarsılan neft istehsalçı və ixracatçısı olan ölkələr üçün daha bir zərbənin kredit olduğunu açıqlayıb. Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirərkən agentlik 6 neft ixracatçısı olan ölkənin kredit reytinqini aşağı salıb. “Moody's” yalnız neft istehsalçısı və ixracatçısı olan Norveçin kredit reytinqinin araşdırmalar nəticəsində dəyişməz qaldığını vurğulayıb./anspress/