Səudiyyə Ərəbistanı `Əl-Cəzirə` telekanalının ofisini bağlayıb
06.06.2017 665 0.0 0

Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət nazirliyi Qətərin "Əl-Cəzirə" telekanalının Səudiyyə Ərəbistanındakı ofisinin bağlanması və telekanalın bu ölkədə yayımı ilə bağlı lisenziyanın ləğvi haqqında qərar verib.

Məlumata görə, qərar Əl-Cəzirənin terror təşkilatlarının planlarını təşviq etməsi, Yəməndəki Husi silahlılarını dəstəkləməsi, Səudiyyə Ərəbistanının daxili işlərinə qarışması və qarşıdurma yaratması səbəbi ilə əlaqələndirilib.

Telekanldan hələlik bununla bağlı heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar