Səudiyyə kralına qarşı üsyan başladı
30.09.2015 628 0.0 0

Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş vermiş kran qəzası və Minada izdiham faciəsi bütün dünyada birmənalı qarşılanmamış, başda İran olmaqla əksər müsəlman ölkəsi Səud ailəsini səriştəsizlikdə ittiham etmişdi. Baş verənlər barədə müxtəlif fikirlər səsləndirilsə də olanların kral ailəsindəki daxili münaqişələrin nəticəsi olduğu ehtimalı da istisna olunmamışdı. Səud ailəsinin tənqid hədəfi olması isə sülalədə ciddi narahatlıqlara səbəb olub. 

Səud ailəsinin mənsubu olan şahzadələrdən biri son günlər kral ailəsində ciddi narahatlıqlar yarandığını, bunun kralın vəzifəsindən uzaqlaşdırılmasına qədər gedə biləcəyini açıqlayıb. Məlumata görə, “The Guardian” qəzetinə açıqlama verən, təhlükəsizlik səbəbindən adının məxfi qalmasını istəyən şahzadə neftin ucuzlaşmasının, Yəmən hərəkatının, kran qəzasının və Minada izdiham facəsinin ailədə narahatlığa səbəb olduğunu deyib. 

 

Səud ailəsinin şəcərəsi 

 

Ölkənin qurucusu Abduləziz bin Səudun nəvəsi olduğu bildirilən şahzadənin gələn ayın əvvəlində kralın tutduğu vəzifədən uzaqlaşdırılması üçün ailə böyüklərinə iki məktub yazdığı qeyd edilib. Xəbər mənbəyi qeyd edir ki, şahzadə yanvarda vəzifəyə gələn kral Salmanın yaxşı idarəçi olmadığını vurğulayıb. 

Səud şahzadəsi yazdığı məktubları müzakirə etmək üçün yaxın günlərdə dörd və ya beş əmisi ilə görüşəcəyini bildirib. Şahzadə həmçinin bu məsələni əmisinin oğlanları ilə mütəmadi olaraq müzakirə etdiklərini, xanədan sülaləsinin təşviş içərisində olduğunu deyib.

Şahzadə xalqın böyük əksəriyyətinin, xüsusilə tayfa liderlərinin də bu məsələdə narahat olduqlarını, bunun qarşısı alınmayacağı təqdirdə ölkənin fəlakətə sürüklənəcəyini qeyd edib.

 

Səud ailəsinin bəzi üzvləri

 

Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı. 

Bundan sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi. 

Bu ilin yanvar ayının 23-də sabiq kral Abdullah bin Abduləzizin dünyasını dəyişməsindən 5 gün sonra  bəzi mənbələrə istinadən Səud ailəsində tezliklə taxt-tac mübarizəsi başlayacağını xəbəri verilmişdi./anspress/ 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar