Səudiyyə İrandan üzr istəməlidir
11.04.2015 773 0.0 0

İranın paytaxtı Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Məlumata görə, Tehran sakinlərindən ibarət bir qrup səudiyyəli məmurların Ciddə hava limanında iki iranlı zəvvara qarşı xoşagəlməz və əxlaqdan kənar davranışlarını pisləmək üçün aksiyaya toplaşıb. 

Sayı 500 nəfərə çatan aksiya iştirakçıları etiraz şüarları səsləndirib, Səudiyyə Ərəbistanı rəhbərliyini bu hərəkətə yol vermiş dövlət məmurlarına qarşı ciddi tədbirlər görməyə çağırıblar. Etirazçılar həmçinin səudiyyəli məmurların iranlı zəvvarlara qarşı çirkin hərəkətinə görə Səudiyyə Ərəbistanı səfirliyinin bağlanmasını və bu ölkənin İran xalqından üzr istəməsini tələb ediblər. Bu etiraz aksiyası sosial şəbəkələrdə edilən çağırış əsasında keçirilib. 

Etirazlar Yəməndə husi üsyançılara qarşı aviazərbələrlə əlaqədar Tehranla Ər-Riyad arasında münasibətlərin gərginləşməsi fonunda baş qaldırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar