Səduiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə aviazərbələri 2 saatlıq dayandırıb.
ANS TV-nin məlumatına görə, BBC-dən bildirlib ki, Pakistan və digər müttəfiq ölkələr öz vətəndaşlarını ərazidən çıxarmağa çalışacaq. Hindistan rəhbərliyi vətəndaşlarını bombalanacaq ərazidən evakuasiya etmək üçün Yəmənə 2 gəmi göndərib.
Husi üsyançılarının mövqelərinin bombalanması ötən gecə davam edib. Hava hücumları Ərəb Liqasının vahid hərbi qoşunların yaradılması ilə bağlı xəbərin yayılması fonunda həyata keçirilib. Körfəz dövlətlərinin koalisiyası husilərlə paralel ,Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehinin tərəfdarlarını zərərsizləşdirməyə çalışır. Yəmənin səhiyyə nazirliyinin məlumatına görə son aviazərbələrdə 35 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb. Səudiyyə Ərəbistanı qırıcılarının Səna, Səada və Hudayda mülki şəxslərin də evlərini bombaladığı deyilir. Müttəfiqlər, yerli hakimiyyət məqsədlərinə çatana qədər avia zərbələri davam etdirəcək
Yəmən xarici işlər naziri Riyad Yasin bildrib ki, əməliyyat yalnız missiya başa çatdıqdan sonra dayandırılacaq və onunla da yenidənqurma və barışıq prosesi başlayacaq. Yəməndə olan bütün əhali qrupları arasında dialoq qurulacaq və təbii ki, əhalidən silahlar yığılacaq.
Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Ərəb Liqasının iclasında quruma üzv dövlətlər vahid hərbi qoşunların yaradılmasına dair ortaq razılığa gəlib. Müttəfiqlərin Yəmənə quru qoşun yeridəcəyi gözlənilir./anspress/