SƏUDİYYƏ ƏRƏBİSTANINDA TERRORÇU HƏBSLƏRİ BAŞLANDI
08.12.2014 814 0.0 0

Səudiyyə Ərəbistanda terror təşkilatları ilə əlaqələri olduğu iddiasıyla ölkə daxilində edilən əməliyyatlarda 26 -sı xarici vətəndaş olmaqla ümumilikdə 135 nəfər həbs olunduğu bildirilir.
 

Səudiyyə Ərəbistanı rəsmi agentliyinin (SPA) Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, təhlükəsizlik qüvvələri, terror təşkilatlarıyla əlaqəli olduqları, ölkənin  sabitliyinə zərər verməyi  qarşısına  qoyan Səudiyyə Ərəbistanı vətəndaşı 110 nəfər ilə, Misir, Livan, Əfqanıstan, Efiopiya, Bəhreyn və İraq vətəndaşı bir, Yəmənli 3 və Suriyalı 16 nəfər həbs olunub.

Xəbərdə, sözü gedən kəslərin ölkədə "terror fəaliyyətlərinə maliyyə və maddi-texniki dəstək təmin etdiyi" iddia olunur.

Ölkədə bir müddətdir "radikal terror təşkilatlarına üzv olmaq və ya kömək etmək" iddiasıyla bir çox adam nəzarət və həbsə məruz qalarkən, insan hüquqları müdafiəçiləri, Səudiyyə Ərəbistanı Krallığını  bunu "vəziyyətdən sui-istifadə edərək islahat tərəfdarlarını və siyasi müxalifləri həbs etmək" kimi qiymətləndiriblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar