Səudiyyə Ərəbistanı müftisi növbəti dəfə ağlasığmaz fətva verib.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, ərəb müfti Əbdüləziz Əl-i Şeyx fətvasında bildirib ki, "kişi zərurət halında arvadının bədəninin bir hissəsini və ya hamısını yeyə bilər!" O, öz fətvasını belə əsaslandırıb: "Bu, o deməkdir ki, qadın ərinin bir parçasıdır və bu qərara boyun əyməklə özünün ərinə olan itaətini və fədakarlığını göstərir". Müftinin bu fətvası müzakirə mövzusuna çevrilib və çoxlarının etirazına səbəb olub.
Xatırladaq ki, bu şeyx öz qəribə və məntiqəsığmayan fətvaları ilə tanınır. Bir müddət əvvəl də o, öz fətvasında demişdi ki, 15 yaşında qız uşaqları ərə verilə bilər. Bir çox hüquq müdafiəçiləri və ərəb qəzetləri isə buna etiraz edərək bildiriblər ki, fətva qız uşaqlarının hüquqlarının tapdalanması və söz azadlığından məhrum edilməsi deməkdir. Belə ki, çox vaxt qızlar zorla babaları yaşında qoca adamlarla evləndirilirlər.