Ermənistan ordusunun rəhbərliyi qumar oynayır və bütün günü sərxoşluq edirlər.
Məlumata görə, bu barədə erməni hüquq müdafiəçisi Ruben Martirosyan deyib.
Onun sözlərinə görə, 10 gün ərzində 14 əsgər ölürsə, bu Müdafiə Nazirliyində oturan generalların heç bir işlə məşğul olmadığını göstərir: “Buna görə də nazirlə birlikdə nazirliyin bütün idarələri istefaya göndərilməlidir. İstisna etmədən hamısını bayıra atmaq lazımdır. Mən Müdafiə Nazirliyində işləyəndə görürdüm ki, oradakı insanlar heç bir iş görmür. Sərxoşluq edir və qumar oynayırlar. Əsgərlər isə öldürülür, ya da intihar edirlər. Bu gün ordu tamamilə siyasiləşib, səlahiyyətli məmurlar ordu ilə məşğul olmaq əvəzinə, siyasətlə məşğul olurlar”.
R.Martirosyan əlavə edib ki, Ermənistan ordusunda hazırkı sistemin əsasını – qumar oynamaqdan tutmuş, siyasiləşməyə qədər – prezident Serj Sarkisyan müdafiə naziri olanda qoyub./Publika.az/