Sərxoş rus qadınlar Türkiyə təyyarəsindən düşürüldülər
11.01.2016 563 0.0 0

“Türk Hava Yolları” (THY) aviaşirkətinə aid təyyarə ilə İstanbuldan Bəhreynə uçmağa hazırlaşan 2 rus qadın səbəb olduqları insidentə görə təyyarədən düşürülüblər. 

Məlumata görə, ötən axşam yerli vaxtla 19.45-də (Bakı vaxtıyla 21.45) Moskvadan İstanbul “Atatürk” hava limanına uçan O.Y. və M.P. adlı qadınlar tranzit olaraq Bəhreynə getmək üçün “TK-778” səfər saylı təyyarəyə miniblər. İddialara görə sərxoş olan qadınlar təyyarədə olan sərnişinləri narahat edib, həmçinin bəzi əl işarələri ilə onlara sataşıblar. 

Xəbərdarlıqlara məhəl qoymayan sərxoş qadınlar sərnişinləri narahat etməyə davam ediblər. Bundan sonra hadisə yerinə polis çağırılıb və rus sərnişinlər təyyarədən düşürülüblər. 



 

Təyyarədən düşürülən qadınlar Xarici Uçuşlar Terminalının təhlükəsizlikl bürosunun ofisinə aparılıblar. Sərxoş qadınların Rusiyaya deportasiya olunacağı istisna edilmir. 

Rus qadınların ləngitdiyi THY-nin “TK-778” səfər saylı “Boeing 737-800” sərnişin təyyarəsi yerli vaxtla 22.37-də (Bakı vaxtıyla 00.37) Bəhreynə yola düşüb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar